» » Dövriyyədə olan nağd pul

Dövriyyədə olan nağd pul kütləsi artıb

Bölmə: İqtisadiyyat
Dövriyyədə olan nağd pul  Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi iyun ayının 1-nə 6 244,3 mln. manat təşkil edib.

Xalqinfo.az "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata əsasən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq 5 aydır artım göstərir. Belə ki, ilin əvvəl ilə müqayisədə nağd pulun həcmi 827,5 mln. manat və ya 15,27% artıb. Keçən ayla müqayisədə isə artım 409,7 mln. manat və ya 7% təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə isə dövriyyədə olan nağd pulların həcmi 885,1 mln. manat və ya 12,4% azalma göstərib.
Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. 2016-cı il iyunun 1-də açıqlanan göstərici tarixi maksimal həddən 4 900,1 mln. manat və ya 44% aşağıdır.
"Report" İnformasiya Agentliyi ilin ikinci yarısından etibarən dövriyyədə olan nağd pul həcmindəki artımın dayanacağını və hətta bir qədər azalacağını proqnozlaşdırır. Buna səbəb AMB-nin hazırkı iqtisadi konyunkturada əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan çəkmək niyyətidir.



Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler