» » Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9 faiz ucuzlaşıb

Bölmə: İqtisadiyyat
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri  Bu ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 19,4 faiz ucuzlaşıb. Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz bahalaşıb.


Xalqinfo.az Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən bildirir ki, cari ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 0,8 və 0,1 faiz ucuzlaşıb. Ay ərzində bitkiçilik məhsullarından lobyanın, kələmin, xiyarın, badımcanın, pomidorun, kartofun, alçanın və gilasın istehsalçı qiymətlərində ucuzlaşma, çiyələyin istehsalçı qiymətində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyunda heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.






Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler