» » “Həzi Aslanov-2” nə vaxt istifadəyə veriləcək?

“Həzi Aslanov-2” nə vaxt istifadəyə veriləcək?

Bölmə: İqtisadiyyat
“Həzi Aslanov-2” nə vaxt istifadəyə veriləcək?
“Həzi Aslanov-2” metrostansiyasının tikintisi ilə əlaqədar olaraq həmin ərazi hasarlanıb. Stansiya tikintisi kifayət qədər vaxt alan bir proses olduğundan həmin ərazi uzun müddətdir ki, hasarlanmış olaraq qalıb”.


“Xalqinfo” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sözügedən ərazinin uzun müddətdir hasara alınmasına aydınlıq gətirərkən deyib.

N.Paşayev bildirib ki, “Həzi Aslanov-2” stansiyasının istifadəyə verilməsi bu dəqiqə mümkün deyil.

“Buna səbəb isə həmin stansiyanın “Yaşıl xətt”in davamı olacağıdır. “Xətai” stansiyasından sonra Nobel prospekti boyunca çəkiləcək olan bir neçə stansiya “Həzi Aslanov-2” stansiyasında dayanır. Gələcək üçün isə onun davamı dairəvi olacaq, həmin xətt yenidən “Dərnəgül” stansiyasına gedib birləşəcək”.

Metropoliten rəsmisi bildirib ki, “Həzi Aslanov-2” tiklib istifadəyə verildikdən sonra o, keçid kimi istifadəyə veriləcək. Digər stansiyalarda tikinti işlərinin bitməsini gözləməyə ehtiyac yoxdur.

“Orada “Cəfər Cabbarlı”-“28 May” keçidi kimi Həzi Aslanov keçidi tikilir. Tikintisi nəzərdə tutulan stansiyalar istifadəyə verildikdən sonra birbaşa “Həzi Aslanov-2” stansiyasına birləşəcək”.

Qeyd edək ki, “Həzi Aslanov” metrostansiyasının ətrafı 3 ilə yaxındır ki, hasara alınıb. Sərnişinlərin gediş-gəlişinə mane olur. Sözügedən ərazidə avtobusların dayanması mümkün deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler