» » Nazir Lənkəranda vətəndaşlar ilə

Nazir Lənkəranda vətəndaşlar ilə qəbul keçirəcək

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Nazir Lənkəranda vətəndaşlar ilə İyulun 1-də iqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Xalqinfo.az AZƏRTAC-a itinadən bildirir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Heydər Əliyev Xatirə Parkı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, nazirliyin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, (050) 235 01 07, elektron poçt ünvanı: chinqiz.mammadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.




Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler