» » Nizami rayonu Qara Qarayev prospektində

Nizami rayonu Qara Qarayev prospektində təmir-tikinti işləri aparılır

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Nizami rayonu Qara Qarayev prospektində “Azəravtoyol” ASC tərəfindən Nizami rayonu Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işləri aparılır.

Xalqinfo.az Azərtac-a istinadən bildirir ki, ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri prospektin Şirin Mirzəyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan 2850 metrlik hissəsində görülür. Burada 4 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 24 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri (“Neftçilər” metro stansiyası) arasında yerləşən, uzunluğu 750 metr, eni 12 metr, həmçinin Nəsimi küçəsi ilə kəsişmədən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən, uzunluğu 715 metr, eni 11 metr olan köməkçi yollarında da təmir işləri həyata keçirilir.

Hazırda prospektin əsas yolu boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi asfaltanması üçün hazır vəziyyətə gətirilir, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq asfaltlanır, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülür. Bundan başqa Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək (Dakar meydanı) olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunur.

Ümumilikdə prospekt boyunca təqribən 15 min poqonmetrə yaxın yeni səki daşının düzülməsi və 90 min kvadratmetrdən artıq ərazinin asfaltlanması, Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, Rüstəm Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə təktərəfli işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulub.

Bütün işlər müvafiq cədvələ uyğun aparılır. Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.
Nizami rayonu Qara Qarayev prospektində
Nizami rayonu Qara Qarayev prospektində
Nizami rayonu Qara Qarayev prospektində
Nizami rayonu Qara Qarayev prospektində
Nizami rayonu Qara Qarayev prospektində



















































































Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler