» » Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsindən 30-50 milyard dollar gəlir əldə etməyi planlaşdırır

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsindən 30-50 milyard dollar gəlir əldə etməyi planlaşdırır

Bölmə: İqtisadiyyat, MANŞET
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsindən 30-50 milyard dollar gəlir əldə etməyi planlaşdırır“Cənub Qaz Dəhlizi” (SGC) layihəsinin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.

Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Caspian Energy” jurnalına müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov məlumat verib. O qeyd edib ki, bu, ilkin rəqəmlərdir. “Cənub Qaz Dəhlizi” həm Azərbaycanın, həm də regionun iqtisadiyyatının və infrastrukturunun inkişafına imkan yaradır.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Azərbaycan “Cənub Qaz Dəhlizi”nin tərkib hissələrini təşkil edən “Şahdəniz” layihəsi və Cənubi Qafqaz Boru Kəmərində (CQBK) 16,7 faiz, TANAP-da 58 faiz, TAP-da isə 20 faiz paya sahibdir.
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsindən 30-50 milyard dollar gəlir əldə etməyi planlaşdırır
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsindən 30-50 milyard dollar gəlir əldə etməyi planlaşdırır
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsindən 30-50 milyard dollar gəlir əldə etməyi planlaşdırır































Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler