» » Birgə Komissiyanınilk iclası keçirilib (FOTOLAR)

Birgə Komissiyanınilk iclası keçirilib (FOTOLAR)

Bölmə: İqtisadiyyat, MANŞET
Birgə Komissiyanınilk iclası keçirilib (FOTOLAR)Seulda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.

Xalqinfo.az Azertag.az-a istinadən bildirir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri – Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və Koreyanın ticarət, sənaye və enerji nazirinin müavini Vu Tehee arasında keçirilən görüşdə ölkələrimizin münasibətlərinin hazırkı səviyyəsinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Komissiyanın ilk iclasında hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların, səhmdar cəmiyyətlərin rəsmiləri iştirak ediblər.

İclasda hər iki tərəfdən müxtəlif qurumların nümayəndələri təmsil etdikləri sahələr üzrə əməkdaşlığın perspektivləri barədə təkliflər irəli sürüblər.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının protokolu imzalanıb.

Xatırladaq ki, 2006-2014-cü illərdə Azərbaycan və Koreya arasında ticarət və investisiya, sənaye, enerji və resurslar, tikinti, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı kimi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən iqtisadi əməkdaşlıq üzrə işçi qrupu fəaliyyət göstərib. Həmin müddətdə işçi qrupunun Bakıda və Seulda 4 iclası keçirilib. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq 2015-ci ildə Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb.
Birgə Komissiyanınilk iclası keçirilib (FOTOLAR)
Birgə Komissiyanınilk iclası keçirilib (FOTOLAR)
Birgə Komissiyanınilk iclası keçirilib (FOTOLAR)
Birgə Komissiyanınilk iclası keçirilib (FOTOLAR)
































































Kainat Şirin



Xalqinfo.az














Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler