» » Azərbaycanda gömrük yığımlarının məbləği təsdiqləndi

Azərbaycanda gömrük yığımlarının məbləği təsdiqləndi

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Azərbaycanda gömrük yığımlarının məbləği təsdiqləndi
Bu qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə qərar qəbul edib.

Xalqinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Məlumata görə, qərara əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan Respublikasının ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinəgörə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

Gömrük dəyəri 1 000 manata qədər olduqda 10 manat; gömrük dəyəri 1 001 manatdan 10 000 manata qədər olduqda 50 manat; gömrük dəyəri 10 001 manatdan 100 000 manata qədər olduqda 100 manat; gömrük dəyəri 10 001 manatdan 100 000 manata qədər olduqda 100 manat;gömrük dəyəri 100 001 manatdan yuxarı olduqda isə 275 manat.

Bundan başqa, Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit xüsusi gömrük proseduru altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır.

Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

Yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün - 20 manat; digər avtonəqliyyat vasitələri üçün - 15 manat.





Jalə Hüseynova





Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler