» » Azərbaycan ötən il 2391 adda məhsul ixrac edib

Azərbaycan ötən il 2391 adda məhsul ixrac edib

Bölmə: İqtisadiyyat
Azərbaycan ötən il 2391 adda məhsul ixrac edib
İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yaydı.

Qeyri-neft məhsullarının ixracının artırılması və sahibkarların xarici ticarət əlaqələrinin inkişafı, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi ötən il 260-dan çox biznes forum, işgüzar görüş və sərgi təşkil edib.

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.

Məlumata görə, Qazaxıstanın Aktau şəhərində tikilən Logistik Mərkəzin inşası artıq başa çatdırılıb.

Bundan başqa, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, sahibkarların ixrac-idxal əməliyyatları ilə bağlı qarşılaşdığı problemlərin araşdırılması, bu sahədə prosedurların sadələşdirilməsi işinin əlaqəli şəkildə təşkili məqsədilə İxracatçılar Klubu və müvafiq İşçi Qrupu fəaliyyət göstərir.

Eyni zamanda, beynəlxalq təcrübə əsasında ixracın təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşməsi, xarici bazarlarda təşviqat və brendləşmə, logistikanın yaxşılaşdırılması və s. tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Qeyd edək ki, ötən ilin 11 ayı ərzində qeyri-neft ixracı 3,6% artaraq 1,5 mlrd. dollara çatıb. Bu müddətdə Azərbaycandan xarici ölkələrə 2391 adda məhsul ixrac edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7% çoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler