» » Əhalinin gəlirləri 12 milyard manatı ötüb-

Əhalinin gəlirləri 12 milyard manatı ötüb- Statistika

Bölmə: İqtisadiyyat
Əhalinin gəlirləri 12 milyard manatı ötüb-
2014-cü ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 12,1 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 1290,7 manat və ya ayda orta hesabla 322,7 manat təşkil edib.


“Xalqinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 3,3 faiz olub.

Bu dövr ərzində gəlirlərin 70,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 11,0 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,0 faiz artıb.qafqazinfo.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler