» » Azərbaycanda nominal əmək haqqı 454,8 manatdır

Azərbaycanda nominal əmək haqqı 454,8 manatdır

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda nominal əmək haqqı 454,8 manatdırİyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,6 min nəfər olub.


Xalqinfo.az bildirir ki, Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 875 min nəfər iqtisadiyyatın dövlət bölməsində, 630,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərir.


Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 18 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.


2015-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 454,8 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler