» » Qarabağın erməni separatçılarının spirtli içkiləri Rusiyada satılır

Qarabağın erməni separatçılarının spirtli içkiləri Rusiyada satılır (FOTO)

Bölmə: İqtisadiyyat
Qarabağın erməni separatçılarının spirtli içkiləri Rusiyada satılır
Azərbaycanın Dağlıq Qarabağ regionundakı erməni separatçılarının istehsal etdiyi spirtli içki məhsulları Rusiya bazarlarında satışa çıxarılıb. Bu haqda APA məlumat yayıb.

Paytaxtın bir sıra mağazalarında, "Stepanakert Konyak Zavodu"nun istehsal etdiyi zoğal və ərik araqları "Qarabağ" (KARABAKH) brendi adı altında satılır.

Bundan başqa separatçılara məxsus "Stepanakert Konyak Zavodu"nun adıçəkilən məhsullarına Moskvanın Domodedovo aeroportunun "Duty Free"sində rast gəlmək mümkündür.

Spirtli içkilərin qablarının üstündə məhsulun ""Stepanakert Konyak Zavodu" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən istehsal olunduğu, həmin zavodun Stepanakert şəhərində yerləşdiyi yazılıb.

Məhsulun ixracatçı firması qismində isə adıçəkilən QSC-nin İrəvan filialının olduğu qeyd edilib.

Məhsulun üzərində eyni zamanda Rusiya Federasiyasının əsas kateqoriya dövlət standartı olan QOST R (ГОСТ Р) abreviaturası da yazılıb.
Qarabağın erməni separatçılarının spirtli içkiləri Rusiyada satılır
Qarabağın erməni separatçılarının spirtli içkiləri Rusiyada satılır

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler