» » Banklardan vətəndaşlara müjdə

Banklardan vətəndaşlara müjdə

Bölmə: İqtisadiyyat, KİTAB ALƏMİ, MANŞET
Banklardan vətəndaşlara müjdəMərkəzi Bank bank xidmətləri istehlakçılarının hüquqlarının təmin edilməsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılması və əhalinin maarifləndirilməsi ilə bağlı irəliləyişlərə nail olmağa çalışır.

XALQİNFO.AZ bildirir ki,ANS PRESS-in Vergilər Nazirliyinə istinadla verdiyi məlumata görə, “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində Mərkəzi Bank İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankı ilə sıx əməkdaşlıq əlaqələri qurub.

Mərkəzi Bankdan verilən məlumata görə, layihənin məqsədi bank xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində normativ hüquqi bazanın və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, bank xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif üsul və standartların hazırlanması, tətbiqi, əhalinin geniş kütlələrini əhatə edən məlumatlandırma metod və vasitələrinin tətbiq edilməsindən ibarətdir.

Layihə çərçivəsində “Bank­larda və bank olmayan kredit təşkilatlarında maliyyə xidmətləri istehlakçılarının müraciətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik” hazırlanıb.

Bu sistemin tətbiqi istehlakçılardan daxil olan şikayət, ərizə və təkliflərin kredit təşkilatları tərəfindən araşdırılıb cavablandırılması mexanizminin inkişaf etdirilməsinə, faktiki olaraq məhkəmələrdən kənar arbitraj institutunun formalaşmasına və bu istiqamətdə yeni mərhələnin başlanmasına təkan verəcək. Bu isə öz növbəsində istehlakçı və kredit təşkilatı arasında gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısının alınmasına, istehlakçı məmnunluğunun yüksəlməsinə, kredit təşkilatlarına inamı gücləndirməyə və nüfuz risklərinin azaldılmasına gətirib çıxaracaq. Nəticə etibarilə bu tədbirlər bank sektorun inkişafına və maliyyə sabitliyinin qorunmasına xidmət edəcək.

Bununla yanaşı, Mərkəzi Bank hüquqi-tənzimləyici sistemin təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara dəyişikliklər, məsuliyyətli kreditləşmə və istehlakçılarla müqavilə bağlanana qədər onlara təqdim olunacaq məlumatların açıqlanmasına dair Metodoloji Rəhbərlik, kredit təşkilatları üçün nümunəvi davranış kodeksinin layihələrini hazırlamış və bu istiqamətlər üzrə işlər davam etdirilməkdədir.

Xüsusilə, məsulliyyətli kreditləşmə siyasəti çərçivəsində banklardan istehlakçılarla müvafiq davranış prinsiplərinə riayət edilməsi, istehlakçılara gəlirlərinə uyğun məhsulların təqdim olunması, məhsulların qiyməti ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.
Mənbə
ANSPRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler