» » “AST Telman” artıq mövcud deyil"-

“AST Telman” artıq mövcud deyil"- Müəmmalı gediş

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
“AST Telman” artıq mövcud deyil"-
Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılov Rusiyadakı biznesində müəmmalı əməliyyat həyata keçirib.

Virtualaz.org saytı xəbər verir ki, “Vedemosti” həftəliyi “AST Telman” kimi tanınan Telman İsmayılovun AST şirkətlər qrupundakı payını “sildiyini” müəyyən edib. Başqa sözlə, formal olaraq “AST Telman” artıq mövcud deyil və rəsmi sənədlərə əsasən T.İsmayılovun bu şirkət üzərində mülkiyyət hüquqları yoxdur.

“Vedemosti” yazır ki, Rusiyanın hüquqi şəxslərin vahid dövlət qeydiyyatı Reyestrində yer alan son məlumatlara görə AST şirkətlər qrupunun səhmlərinin 75 faizi hərəsində 37.5 faiz olmaqla T.İsmayılovun oğulları Ələkbər və Sərxana məxsusdur. Qalan 25 faizlik pay isə T.İsmayılovun qohumu Zaur Mərdanovun adınadır. Bununla belə T.İsmayılov hələ də AST şirkətlər qrupunun prezidenti kimi qalır. T.İsmayılovdan və Z.Mərdanovdan bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.



Bununla belə AST şirkətlər qrupunun sahiblərinə yaxın olan qaynaq deyib ki, T.İsmayılovun şirkətdəki payından məhrum olması texniki məsələdir, ancaq milyarderin öz səhmlərini niyə qohumunun adına keçirdiyi məlum deyil. AST şirkətlər qrupunun kreditorlarından biri isə deyib ki, onların bildiyinə görə, T.İsmayılov hələ də şirkətin sahibi olaraq qalır.

AST şirkətlər qrupu çoxprofilli holdinqdir və qlobal maliyyə böhranına qədər holdinqin tərkibində 30-dan çox şirkət olub. Bura otel biznesiilə məşğul olan “AST-qof”, tikinti ilə məşğul olan “AST Kapstroy”, “Praqa” restoranına nəzarət edən “Praqa-AST”, taksi biznesi ilə məşğul olan “AST Taksi”, özəl mühafizə xidmətləri göstərən “AST Şit” və s. şirkətlər daxildir. Moskvanın ən iri ticarət yarmarkası olan və bağlanan “Çerkizovsk” bazarı da bu şirkətlər qrupunun nəzarətində olub.



“Vedemosti” yazır ki, “Çerkizovsk” bazarının bağlanması T.İsmayılovun biznesinə güclü zərbə oldu. Bundan sonra T.İsmayılov Rusiyadakı biznes aktivlərinin bir hissəsini sataraq ölkədən faktiki qaçdı və Türkiyədə məskunlaşdı. Sonradan Vladimir Putin onun “günahından keçsə də” T.İsmayılov Rusiyadakı əvvəlki mövqelərini geri qaytara bilməyib. Hazırda AST şirkətlər qrupunun hansı aktivlərə nəzarət etdiyi məlum deyil. Rəsmi sənədlərə əsasən holdinq cəmi beş şirkətə nəzarət edir. Bunlar “AST Trans”, “AST Trans-qrup” (hər ikisi nəqliyyat daşımaçılığı ilə məşğuldur), zərgərlik məmulatları istehsal edən “AST Gold”, corab məmulatları satan “AST Amorali İmpeks” və “AST telekom”dur. Holdinqin tərkibindəki şirkətlərin bir çoxu ləğv edilib, bir çoxu isə offşor şirkətlərin adlarına keçirilib. Ekspertlərə görə T.İsmayılovun AST-dəki payını qohumunun adına keçirməsi Rusiyada ona qarşı hansısa məhkəmə iddiasının qaldırılacağına dair narahatlıqlarla bağlı ola bilər.



Xatırladaq ki, bu günlərdə T.İsmayılovun Türkiyədəki biznesi ilə bağlı da qalmaqal ortaya çıxmışdı. Məlum olmuşdu ki, səhmləri dövlətə məxsus olan “Halk Bank”dan T.İsmayılovun Antalyadakı dəbdəbəli “Mardan Palace” otelinin işlədilməsi üçün ayrılan on milyonlarla dollarlıq kredit geri qaytarılmayıb, üstəlik bank araşdırıb ki, otelin yerləşdiyi ərazinin bir hissəsi dövlətə, bir hissəsi bələdiyyəyə məxsusdur. Otelin tikinti sənədləri isə qaydasında deyil. Türkiyə müxalifəti dövlətə aid bankdan Azərbaycan əsilli yəhudi milyarderə ayrılan və geri qayıtmayan kreditlər bağlı baş nazir Ərdoğana sorğu göndərib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler