Malena Marddan açıqlama

Bölmə: İqtisadiyyat, Dünya
Malena Marddan Avropa İttifaqı qaz marşrutlarının diversifikasiyasında maraqlıdır”

Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün prioritetdir.

Xalqinfo.az bildirir ki,bu barədə “APA-Economics”ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

“Avropa İttifaqı qaz marşrutlarının diversifikasiyasında maraqlıdır. “Türk axını” layihəsi də yeni mənbədən qaz təchizatını nəzərdə tutur. Lakin Cənub Qaz Dəhlizi bizim üçün daha prioritet layihədir”, - deyə M. Mard qeyd edib.

Diplomat qeyd edib ki, Avropa İttifaqı üçün enerjidən səmərəli istifadə də olduqca əhəmiyyətlidir.

M. Mard əlavə edib ki, Azərbaycanla Avropa İttifaqı alternativ enerji sahəsində də səmərəli əməkdaşlıq edə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler