» » SOCAR-ın aktivlərinin inkişaf etdirilməsi

SOCAR-ın aktivlərinin inkişaf etdirilməsi əsas hədəflərdəndir

Bölmə: İqtisadiyyat
SOCAR-ın aktivlərinin inkişaf etdirilməsi  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) aktivlərinin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Türkiyənin neft-kimya sektorunun yeganə istehsalçısı olan “Petkim”in xammalla etibarlı təchiz olunması məqsədilə inşa edilən “Star” neft emalı zavodu, konteyner limanı və elektrik stansiyası layihələri bizə imkan verəcək ki, 2023-cü ildə bu nəhəng müəssisələr zəncirini yalnız Türkiyənin deyil, bütövlükdə, regionun ən böyük neft-kimya, logistika və liman mərkəzinə çevirək.

Xalqinfo.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində məlumat verib. SOCAR-ın prezidenti qeyd edib ki, bu gün Gürcüstanın qaz təchizatının 90 faizini SOCAR təmin edir. Qonşu ölkənin onlarca qazpaylayıcı şəbəkəsi SOCAR tərəfindən idarə olunur. Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının təqribən 25 faizinə SOCAR nəzarət edir. Qara dənizdə Azərbaycana əlverişli mövqe qazandırmış Kulevi Neft Terminalı ildə 10 milyon ton həcmində neftin və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsinə imkan verir. Terminal hazırda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının da dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır.

R.Abdullayev bildirib ki, neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və fəaliyyəti mərkəzləşdirmək məqsədi ilə İsveçrədə təsis edilən “SOCAR Trading S.A.” şirkəti qısa bir müddətdə Avropada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya və Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsilə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsindəki bazarlarda möhkəmlənib. Treydinq şirkəti BƏƏ-də Fucayra limanında terminal tikintisini uğurla davam etdirir. Artıq tikintinin ikinci mərhələsi çərçivəsində quraşdırılmış 12 rezervuar istismar olunur.
Mənbə
AZƏRTAC

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler