Nazirlik: 5805 vergi ödəyicisi qanunu pozub

Bölmə: İqtisadiyyat
Nazirlik:Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, 2015-ci ilin aprel ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5805 vergi ödəyicisində qanun pozulması faktları aşkarlanıb.

924 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 269 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 608 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. 269 vergi ödəyicisi tərəfindən 390 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 210 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 71 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler