SOCAR-dan açıqlama

Bölmə: İqtisadiyyat
SOCAR-dan SOCAR 2015-ci ilin aprel ayında 102 min 531 ton dizel yanacağı və 23 min 834 ton təyyarə yanacağı ixrac edib.

XAlqinfo.az bildirir ki,ANS PRESS-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadla verdiyi məlumata görə, ümumilikdə, 2015-ci ilin yanvar-aprel ayları ərzində 387 min 141 ton dizel yanacağı, 87 min 646 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.

2015-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 622,30 dollar, təyyarə yanacağının - 553,10 dollar, dizel yanacağının - 528,91 dollar, 1% kükürdlü mazutun qiyməti 326,50 dollar təşkil edib.

Aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 59,76 dollara, Urals nefti - 60 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 61,42 dollara satılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin aprel ayında Novorossiysk limanından 84 min 701 ton, Supsa limanından 254 min 164 ton, Ceyhan limanından 1 milyon 370 min 882 ton xam neft ixrac edib.

Ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 508 min 486 ton, Supsa limanından 1 milyon 16 min 454 ton, Ceyhan limanından isə 5 milyon 925 min 281 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler