İpotekadan kim necə yararlanıb?Bölmə: İqtisadiyyat
Bu ilin birinci rübündə yenidən maliyyələşdirilən ipoteka kreditlərinin həcmi 572749230 min manat olub.Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, indiyə qədər 16318 ipoteka krediti verilib. Bundan 3681-i güzəştli kreditlər olub. Statistikaya görə, müvəkkil banklar arasında ən çox kredit “AG Bank” verib. İpoteka kreditlərinin regionlar üzrə pay bölgüsündə Bakı üstünlük təşkil edib. Vəsaitlərin 60,7 faizi qiymətli kağızlardan cəlb edilib. İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilən vəsaitlərin 39,3 faizini dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edib. Borcalanların aylıq gəlirlərinə görə pay bölgüsünə gəlincə, 33,3 faizin 1100 manat gəliri olub. Borcalanların 57,5 faizi özəl sektorda, 42,7 faizi dövlət sektorunda işləyib. Güzəştli kateqoriyaya aid borcalanların arasında hərbçilər daha çox kreditdən yararlanıblar. Belə ki, sosial ipoteka alanların 79,6 faizi hərbçilər, 8,4 faizi dövlət qulluqçuları, 8 faizi məcburi köçkünlər, 2,1 faizi elmlər namizədləri, 1,5 faizi idmançılar olub. Borcalanların 42 faizi 40-60 kvadratmetrlik mənzil alıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|