51 milyon tandu

Bölmə: İqtisadiyyat
51 milyon  AMEA-nın 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair ümumi yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Azərbaycanın neft strategiyası və elm” adlı məruzəsi dinlənilib.

Xalqinfo.az xəbərinə görə, bildirilib ki, son iyirmi il ərzində ölkəmizin misilsiz inkişaf yolu keçməsinin, quruculuq işləri və böyük dəyişikliklər edilməsinin səbəbi müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Neft Strategiyasıdır. Onun həyata keçirilməsi sayəsində Azərbaycan Qafqaz regionunun güclü və nüfuzlu dövlətinə, Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilib.

Məruzədə Neft Strategiyası nəticəsində bir sıra qlobal enerji layihələrinin məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdığı, strategiyanın iqtisadiyyatın bütün sahələrində gedən inkişafa böyük təkan verdiyi qeyd olunub. Eyni zamanda strategiyanın formalaşdırıldığı tarixi şərait və onu meydana gətirən amillər barədə məlumat verilib.

X.Yusifzadə «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi üzrə «Əsrin müqaviləsi» imzalandıqdan sonra Azərbaycanın neft və qaz sənayesində baş vermiş dəyişikliklər, neft hasilatının 9 milyon tondan 51 milyon tona çatması, xarici şirkətlərlə daha 33 müqavilənin imzalanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilməsi ilə Azərbaycan neftinin Avropa, eləcə də dünya bazarına nəql edilməsi, neftin dövlətin daxili və xarici siyasətində mühüm yer tutması barədə geniş söhbət açıb.

Məruzəçi “Şahdəniz” qaz layihəsinin Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıtdığını, "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Qərbi Avropaya çatdırılması üçün Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) davamı kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Kəmərləri layihələrinin nəzərdə tutulduğunu bildirib.

Tədbirdə, həmçinin uzun illər neft sənayesindəki məsələlərin həll edilməsi, müxtəlif səpkili araşdırmaların aparılması, layihələrin tərtibi sahəsində AMEA-nın institut və təşkilatları ilə birgə uğurlu əməkdaşlıqların əsasının qoyulması, Akademiyanın müəssisələrində və hazırda Neft-Kimya Prosesləri və Geologiya və Geofizika institutları ilə müxtəlif xarakterli tədqiqatların davam etdirilməsindən danışılıb, 2011-ci ildə ARDNŞ ilə AMEA arasında SOCAR-ın “Elm Fondu”nun təsis olunmasının Azərbaycanda elmin inkişafına və neftçiləri düşündürən problemlərin həllinə xidmət etdiyi vurğulanıb.

Məruzə dinlənildikdən sonra Ümumi yığıncağın qərarı ilə bəyənilib, AMEA-nın və Dövlət Neft Şirkətinin alimləri tərəfindən Azərbaycanın quru ərazilərində neft hasilatının artırılması üçün çökmə süxurlarda axtarış-kəşfiyyat üzrə elmi-tədqiqat işlərinin həcminin, yataqlarda işlənmənin səmərəliyinin və neftvermə əmsalının artırılması, qazma məhlulunun reoloji parametrlərinin yaxşılaşdırılması və ekoloji məsələlərin həll edilməsi istiqamətində tədqiqatların genişləndirilməsi ilə bağlı qərarlar qəbul edilib.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler