Energetika naziri: “Qaz hasilatını 90 ildən çox eyni səviyyədə saxlayacağıq”

Bölmə: İqtisadiyyat
Energetika naziri:Azərbaycan öz qaz hasilatını 50-60 mlrd. kub metr qaza çatdırmağı planlaşdırır.

apa-nın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Bakı II Qlobal Forumda deyib.

“Bu zaman Azərbaycan əsas qaz ixracatçısı olacaq. Yaxın gələcəkdə Azərbaycanda çox önəmli layihələr həyata keçiriləcək. Bu layihələr bizə imkan verəcək ki, biz qaz ixracatçısı ölkəsinə çevrilək. Məsələn, Cənub Qaz Dəhlizi layihəsi. Bir çox ölkələrin bu layihənin həyata keçirilməsi ilə bağlı xoş məramı var. Maliyyə ilə bağlı problem yoxdur. Maliyyə məsələsini Azərbaycan və onun tərəfdaş ölkələri tərəfindən həyata keçiriləcək. Bu layihə bizə imkan verəcək ki, təbii qazı Avropa bazarlarına çatdıra bilək”, - deyə nazir bildirib.

N. Əliyev bildirib ki, Azərbaycanın çox böyük neft-qaz ehtiyatları var: “Nəzərə alsaq ki, Azərbaycan çox böyük ölkə deyil, ona görə adam başına düşən neft və qaz ehtiyatlarına görə biz dünya ölkələri arasında 10-cu yerdəyik. 10 il bundan qabaq neft hasilatı aşağı səviyyədə idi”.

Qurum rəhbəri deyib ki, son 10 il ərzində Azərbaycan hasilatı artırıb: “Ötən il 42 milyon ton neft hasil edilib. Qaz hasilatı 2003-cü ildə 5 milyard kub metr idi, indi isə 29 milyard kub metr qaz hasil olunur. Ehtiyatlarımız 2,6 trilyon kub metrdir. Bu o deməkdir ki, qaz hasilatını 90 ildən çox eyni səviyyədə saxlaya biləcəyik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler