Manatın talehi necə olacaq?

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Manatın talehi "Mərkəzi Bank manatın kursunu dünənki azalmadan sonra bu gün stabil saxlayıb. Ötən həftə möhkəmlənən manat dünən cüzi dəyər itirdi. Bu isə Mərkəzi Bankın milli valyutanı mərhələli möhkəmləndiricəyi ilə bağlı gözləntiləri müəyyən qədər səngitdi".

Xalqinfo.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib. Mütəxəssis hesab edir ki, milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində dəyişəcək.

"Bununla da, manatın məzənəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hal-hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur. Belə görsənir ki, neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək. Hələliksə baş bankda xirda korrektələrlə mövcud məzənnəni qoruyub saxlamağa çalışacaqları gözlənilir. Strateji baxımdan isə, manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılı olacaq".

İqtisadçının fikrincə, neftin dünya bazar qiymətinin hər barel üçün 70 dolları ötəcəyi və həmin intervalda stabilləşəcəyi halda manat rahat nəfəs ala biləcək.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler