Azərbaycan nefti 63.31 dollara satılır

Bölmə: İqtisadiyyat
Azərbaycan nefti "Azeri Light" markalı Azərbaycan neftinin bir barreli London əmtəə birjasında ötən gün 63.31 dollara satılıb.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatına görə, bu, aprelin 20-də qeydə alınmış qiymətdən 0.55 dollar azdır.

Ümumiyyətlə, Nyu-York və London birjalarında neftin qiymətində ucuzlaşma davam edir. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.31 dollar (0.55%) azalaraq 56.30 dollar təşkil edib. London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar (0.23%) ucuzlaşaraq 61.94 dollar olub.

Xatırladaq ki, Azərbaycanda bu ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 90 dollar götürülüb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler