» » Rusiyanın Yunanıstana 5 milyard ayırmasının səbəbi var

Rusiyanın Yunanıstana 5 milyard ayırmasının səbəbi var

Bölmə: İqtisadiyyat, Dünya, KİTAB ALƏMİ, MANŞET
Rusiyanın Yunanıstana 5 milyard ayırmasının səbəbi varRusiya Yunanıstana "Türk axını"na görə 5 milyard avro pul ayıracaq. Xalqinfo.az-ın məlumatına görə, artıq iki ölkə bu barədə razılaşma imzalamaq üçün hazırlaşır. Yunanıstanın hakim partiyası SİRİZA-dan bir yüksək vəzifəli şəxs bu faktı təsdiq edib.

Sazişin imzalanması 21 aprel tarixində baş tutacaq. İddia edilir ki, sözgedən razılaşma Rusiya Federasiyası prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleksis Siprasın Moskvada apardığı danışıqlar zamanı əldə edilib.

Yunanıstan hökuməti bu saziş nəticəsində öz borclarını azaltmaq fikrindədir. Afina ümid edir ki, Rusiya tranşı sayəsində Avropa Birliyiylə borc öhdəlikləri üzrə danışıqları təxirə salmağa müvəffəq olacaq.

Qeyd edək ki, "Türk axını" Türkiyə və Rusiyanın birgə layihəsidir. “Cənub axını” kəmərinin tikintisinin dayandırıldığı üçün onun əvəzində Qara dənizin dibi ilə Türkiyənin Yunanıstanla sərhədinə qədər eyni gücdə yeni kəməri çəkiləcək. Rusiya prezidenti bu barədə hələ ötən il dekabrın 1-də ANkaraya etdiyi səfər zamanı bildirib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler