» » Konstitusiya Məhkəməsindən

Konstitusiya Məhkəməsindən açıqlama

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərar vətəndaşlar arasında bir sıra suallar yaradıb. Qeyd edilməlidir ki, hazırda bəzi vətəndaşları kredit borcunun hansı məzənnə ilə qaytarılması sualı maraqlandırır.

Mətbuatda bu barədə ayrı-ayrı vətəndaşların fikirləri də yer alıb. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, son sözü yəqin ki, Respublika Konstitusiya Məhkəməsi deyəcək.

Xalqinfo.az-ın məlumatına görə AzərTAc bununla bağlı Konstitusiya Məhkəməsi Aparatının mətbuat xidmətinə müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib.

Konstitusiya Məhkəməsindən Konstitusiya Məhkəməsindən sualımıza cavab olaraq aşağıdakılar bildirilib:

- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib.

Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi, o cümlədən Sizin qaldırdığınız məsələnin həlli də soruşulur. Həmin sorğu və müraciətə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də baxılacaq.

- Hazırda bir sıra məhkəmələrdə bu məsələ ilə bağlı şikayətlərə baxılır və məhkəmə icraatı başlanıb. Bu halda məhkəmələr hansı mövqe tutmalıdırlar?

- Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, o cümlədən məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidirlər.
Mənbə
AzərTAc

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler