» » Avropa İttifaqının Azərbaycan planı

Avropa İttifaqının Azərbaycan planı

Bölmə: İqtisadiyyat
Avropa İttifaqının Azərbaycan planıAvropa İttifaqı (Aİ) “Cənub qaz dəhlizi” çərçivəsində ilk Azərbaycan qazını 2020-ci ildə almağa ümid edir.

trend-in məlumatına görə, bu açıqlama ilə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard 8-ci Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransında bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Aİ-nin mühüm tərəfdaşıdır: "Biz Azərbaycanla ticarət əlaqələrini davamlı inkişaf etdirmək niyyətindəyik. Enerji sahəsində uzunmüddətli əməkdaşlığın əsasları “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılmasına başlamaqla qoyulub. Aİ öz tərəfindən işlərin vaxtında başa çatması üçün bütün lazımi addımları atacaq. Biz layihənin reallaşdırılmasının vaxtında baş tutacağına şübhə etmirik və ilk Azərbaycan qazını 2020-ci ildə almağa ümid edirik”.

8-ci Beynəlxalq Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransı Confidence Capital şirkəti və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir.

Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli, satışın mövcud vəziyyəti, yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçiləri və mütəxəssisləri iştirak edir.

Tədbir 2 gün (aprelin 9-10-da) davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler