» » Vergilər Nazirliyindən sığorta vasitəçiləri ilə bağlı

Vergilər Nazirliyindən sığorta vasitəçiləri ilə bağlı şok qərar

Bölmə: İqtisadiyyat
Vergilər Nazirliyindən sığorta vasitəçiləri ilə bağlı Azərbaycanda sığorta agentləri və brokerlər 20 faiz mənfəət vergisinə cəlb edilməlidirlər
Bunu trend-ə Vergilər Nazirliyindən deyiblər.

Nazirlikdən bunu sığorta agentləri və sığorta brokerlərinin fəaliyyətinin sığortaçılar və təkrar sığortaçıların fəaliyyəti kimi sahibkarlıq fəaliyyəti hesablanması ilə izah ediblər.

Nazirliyin məlumatında deyilir: "Sığorta qanunvericiliyinin müddəalarına əsasən, sığortaçılar, təkrar sığortaçılar və sığorta vasitəçiləri (sığorta agentləri və sığorta brokerləri) sığorta bazarının peşəkar iştirakçıları olmaqla, onların fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə uyğun olaraq sığorta təşkilatlarının, o cümlədən sığorta vasitəçilərinin (sığorta agentlərinin və sığorta brokerlərinin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və bu fəaliyyət növü ilə hüquqi şəxslər mənfəət vergisinin, fiziki şəxslər isə gəlir vergisinin ödəyicisi kimi məşğul ola bilərlər".

Hər iki halda vergi dərəcəsi 20 faiz təşkil edir.

Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilmiş və maliyyə xidmətlərinin göstərilməsi Vergi Məcəlləsinin 164.1.2-ci maddəsi ilə ƏDV-dən azad edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler