» » Azərbaycana bəzi növ avtomobillərin idxalı çətinləşəcək

Azərbaycana bəzi növ avtomobillərin idxalı çətinləşəcək

Bölmə: İqtisadiyyat
Azərbaycana bəzi növ avtomobillərin idxalı çətinləşəcəkAzərbaycana Avro-4 ekoloji standartına uyğun olmayan avtomobil gətirən şəxslərə qarşı müvafiq tədbirlər görüləcək. trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə əsasən, bəzi şəxslər belə avtomobilləri Azərbaycana gətirir və onların qanunsuz satışı ilə məşğul olurlar: "Bu avtomobillərdən bəziləri hətta digər öləkələrdə qeydiyyatdan çıxarılmayıb. Bu şəxslərə qarşı müvafiq tədbirlər görülür".

DGK sədri qeyd edib ki, Azərbaycana bu avtomobillərin ehtiyat hissələrinin idxalının qarşısının alınması üzrə də addımlar atılır: "Bu avtomobillər üçün ehtiyat hissələri gətirən şəxslərə qarşı da müvafiq tədbirlər görülür".

O əlavə edib ki, bu ilin ilk iki ayında Azərbaycana nəqliyat vasitələrinin idxalı azalıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler