» » Səudiyyə Ərəbistanının dediyi və elədiyi:

Səudiyyə Ərəbistanının dediyi və elədiyi: neftin qiyməti yenidən düşdü

Bölmə: İqtisadiyyat
Səudiyyə Ərəbistanının dediyi və elədiyi:Səudiyyə Ərəbistanının neft hasilatı üzrə mart ayına olan statistikası açıqlanandan sonra dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayıb.

trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Şimal dənizinin Brent qarışıq neftinin may fyuçersi 1,4 faiz - bir bareli 58,27 ABŞ dollarına enib.

WTI neftinin may fyuçersində isə 1,93 faiz eniş (bir barel 52,94 ABŞ dolları) müşahidə olunub.

Bundan əvvəl bildirilmişdi ki, Səudiyyə Ərəbistanı sutkada 10,3 milyon barel neft hasil edir. Krallığın neft naziri Əli əl-Naimi bəyan edib ki, yaxın gələcəkdə hasilata təxminən gündə 10 milyon barel həcmində davam edəcəklər.

“Bu təklifi kompensasiya etmək üçün, tələbatın qalxmasını görmək istəyirik. Hazırda bazarda neft bolluğu var”, - deyə nazir əlavə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler