» » Dollardan gözlənilməz

Dollardan gözlənilməz ucuzlaşma

Bölmə: İqtisadiyyat
Dollardan gözlənilməz Moskva birjasında dollar yanvardan bu yana ilk dəfə olaraq ucuzlaşaraq 60 rubla düşüb.

Xalqinfo.az-in verdiyi məlumatına görə, dünən günorta saatlarında qiymət 59,60 rubl təşkil edib. Həmin dəqiqələrdə avronun qiyməti Moskva bircasında 68 rubla enmişdi.

Bu, gün ərzində dolların 2 rubl ucuzlaşması deməkdir. Həmçinin 2 gündür ki, Moskva birjasında dollar ucuzlaşır. Moskva birjasında dolların məzənnəsi rubla nisbətən 88 qəpik enərək 61,97 rubl təşkil etmişdi. Avronun məzənnəsi isə 1,04 rubl ucuzlaşaraq 70,29 rubl təşkil etmişdi.

Ekspertlər rus rublunun bahalaşmasının Azərbaycan bazarına müsbət təsir edəcəyini proqnozlaşdırırlar. Rusiyada yerli valyuta ucuzlaşdıqja dolları Azərbaycandan çıxararaq Moskvada və digər iri şəhərlərdə əmlak bazarına yatıranların sayı artırdı. Rublun dəyər qazanması əksinə Azərbaycanın əmlak bazarına Rusiyadan sərmayə axınını yenidən bərpa edəcək.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler