» » Azərbaycan nefti nəqliyyatla dəyişir

Azərbaycan nefti nəqliyyatla dəyişir

Bölmə: İqtisadiyyat
Azərbaycan nefti nəqliyyatla dəyişirHazırda dünya neftin aşağı qiymətləri şəraitində yaşamağı öyrənir. Azərbaycan və hasilatçı ölkələr üçün "yeni" gəlir mənbəyi axtarmağın vaxtı gəlib çatıb. Yeri gəlmişkən, Azərbaycan kimi bəzi dövlətlər bu prosesə uzun illər öncə hazırlaşmağa başlayıb, digərləri isə sıfırdan başlamalı olacaq.

Bu gəlir mənbələri yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm və əlbəttə ki, nəqliyyat sektoru ola bilər. Məhz nəqliyyatın inkişafı bütün iqtisadiyyatın inkişafının əsaslarından biridir. Bunu tarix təsdiq edir. Əslər boyu nəqliyyat əlaqəsinin inkişafı ticarət dövriyyəsinin artmasına, malların çatdırılması prosesinin sürətlənməsinə və müvafiq olaraq ümumilikdə iqtisadiyyatın artımına gətirib çıxarıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi kimi "bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcəkdir".

Azərbaycanın nəqliyyat sektoruna praktiki olaraq daha çox xarici və daxili qeyri-neft investisiyaları cəlb edilir. Nəqliyyat naziri Ziya Məmmədovun “Yol infrastrukturu, tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi” mövzusunda konfransda bildirdiyi kimi, 2014-cü ildə ölkənin nəqliyyat sektoruna müxtəlif mənbələrdən 2,5 milyard dollar sərmayə qoyulub. Onun sözlərinə görə, ölkənin nəqliyyat sektoruna yatırılan vəsaitlərin ümumi həcmindən 1,9 milyard dollar yol-nəqliyyat infrastrukturunun inkişafına xərclənib.

Hazırda Azərbaycanın bütün regionlarında yeni sənaye müəssisələri açılır, kənd təsərrüfatının inkişafı gedir və şaxəli, keyfiyyətli yol infrastrukturunun mövcudluğu onların inkişafına yardım edir, profil müəssisələri arasında əlaqə yaradır, yüklərin son istehlakçıya çatdırılmasını sürətləndirir.

Azərbaycan respublikanı Gürcüstan, Rusiya və İranla birləşdirən bütün magistral yolları artıq yenidən qurub. Bu, ilk növbədə ölkənin tranzit imkanlarının inkişafına yardım edir.

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun dediyi kimi Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir: "Onun 4 645 kilometri respublika əhəmiyyətli, 14 357 kilometri yerli əhəmiyyətlidir".

Birmənalı olaraq demək olar ki, Azərbaycan mövcud tələbatı ödəməklə kifayətlənmir. Ölkənin nəqliyyat, o cümlədən avtomobil yolu infrastrukturunun faktiki gücü artan yük və sərnişin axını məsələsini bir neçə il qabağa həll etməyə imkan verəcək. Bu, neftin aşağı qiyməti və investisiya yatırmaq imkanlarının azalması şəraitində çox vacibdir.

Bundan başqa, digər sahələrlə yanaşı, nəqliyyat sektoru iqtisadiyyatın uğurlu şaxələndirilməsinin və sənaye istehsalının inkişafının tərkib hissələrindən biridir. Bu məsələdə ən əsası vaxtı əldən verməməkdir ki, bunu da Azərbaycan uğurla reallaşdırıb. Bunu adi rəqəmlər deyir. Son 10 ildə ölkədə 11 min kilometr uzunluğunda avtomobil yolu və təqribən 300 körpü tikilib.
Trend

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler