» » Qeyri-neft sektorundan vergi daxilolmaları açıqlandı

Qeyri-neft sektorundan vergi daxilolmaları açıqlandı

Bölmə: İqtisadiyyat
Qeyri-neft sektorundan vergi daxilolmaları açıqlandı“Qeyri-neft sektoru üzrə daxilolmaların ümumi vəziyyətinə gəldikdə həm iqtisadi artımın, həm də aparılmış vergi nəzarəti tədbirlərinin nəticəsi olaraq iri vergi ödəyicilərinin dövlət büdcəsinə vergi ödənişlərində ildən-ilə artım müşahidə olunmaqdadır”. lent.az-ın məlumatına görə, Vergilər Nazirliyi yanında Xüsu­si Rejimli Vergi Xidməti Departamen­tinin rəisi Zaur Fətizadə bildirib.

O qeyd edib ki, Departament üzrə ötən il qeyri-neft sektorundan vergi daxilolmaları 2 milyard 160,0 milyon manat (o cümlədən mərkəzləşdirilmiş ödəniş üzrə 113,6 milyon manat) təşkil edib: “Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 166,2 milyon manat və ya 8,3% çoxdur”.

Nazirlik rəsmisi vurğulayıb ki, neft-qaz sektoru büdcə daxilolmalarının formalaşmasında mühüm rol oynayıb. “Bu sektor üzrə daxilolmanın məbləği 2 milyard 827 milyon manat olmuşdur ki, bu da ümumi vergi daxilolmalarının 39,7%-ni təşkil edib. 2013-cü ildə bu göstərici 43,8%, 2012-ci ildə isə 45,5% idi. Məhz düşünülmüş iqtisadi siyasətin nəticəsidir ki, iqtisadiyyatın neft amilindən asılılığı ilbəil azalır, qeyri-neft sektorunun büdcə daxilolmalarındakı xüsusi çəkisində isə artım müşahidə olunur. Təkcə 2014-cü ildə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı müəssisələrin mənfəət vergisi 1 milyard 107,5 milyon manat olub”.

Z. Fətizadənin sözlərinə görə, ümumilikdə isə 2006-cı ildən bəri hasilatın pay bölgüsü üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı tərəflər, əməliyyat şirkətləri və subpodratçı təşkilatlar tərəfindən 2015-ci ilin yanvar ayına qədər 15,6 milyard manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. “Podratçı tərəflərin mənfəət vergisi 11,6 milyard manat təşkil edib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler