» » İşçinin razılığı olmadan işəgötürən onu başqa işə keçirə bilərmi?

İşçinin razılığı olmadan işəgötürən onu başqa işə keçirə bilərmi?

Bölmə: İqtisadiyyat
İşçinin razılığı olmadan işəgötürən onu başqa işə keçirə bilərmi?Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov bildirib ki, ümumi qayda ondan ibarətdir ki, işçinin razılığı olmadan onu başqa işə keçirməyə yol verilmir.


qafqazinfo-ya daxil olan məlumata görə, Əmək Məcəlləsinin 59-cu maddəsinə görə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir Bu ümumi qaydadan istisna adı çəkilən məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuşdur. Lakin 60-cı maddə işçinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilməsini bir sıra şərtlərdən asılı etmişdir. Bunlar aşağıdakılardır: 1) başqa işə keçirmə istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi daşımalıdır; 2) başqa işə keçirmə müvəqqəti xarakter daşıyır, başqa sözlə, onun davametmə müddəti 1 aydan çox ola bilməz; 3) işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilməməlidir; 4) başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilməlidir. Beləliklə, işçinin razılığı olmadan başqa işə keçirmə yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsinin müəyyənləşdirdiyi şərtlər çərçivəsində mümkündür.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler