» » Azərbaycan damları üç və ya daha çox dəfə bahalaşa bilər

Azərbaycan damları üç və ya daha çox dəfə bahalaşa bilər

Bölmə: İqtisadiyyat
Azərbaycan damları üç və ya daha çox dəfə bahalaşa bilərAİ Azərbaycanda ən populyar olan dam örtüyündən - şiferdən imtina etməyi təklif edir. Avrointeqrasiyanın inkişaf şərtlərindən biri belədir.

Şiferin də daxil olduğu asbestdən hazırlanan materiallar ənənəvi olaraq keçmiş SSRİ-nin ərazisində layiq olduqları populyarlığı qazanıb. Onlar son dərəcə funksional, etibarlı, praktik olmaqla yanaşı, həm də ucuzdur. Asbestin bu materiallarda istifadə edilən növlərindən biri xrizotil adlandırılır. O, Rusiya və Qazaxıstanda hasil olunur. Xrizotil asbest digər minerallar, eləcə də sintetik liflərin həsəd apara biləcəyi müstəsna xüsusiyyətlərlə xarakterizə olunur. Xrizotil, məsələn, poladdan möhkəmdir, həm də nəzərə almaq lazımdır ki, korroziyaya uğramır. O, elektrik keçirmir. Bu material həmçinin əla istilik izolyasiyası xüsusiyyətlərinə malikdir. Həm də o, mövcud analoqlarının hər hansı birindən daha ucuzdur. Heç də təəccüblü deyil ki, xrizotil asbest əsaslı məhsullar mənzil və sənaye tikintisində aktiv şəkildə istifadə edilir və istifadə edilməkdədir.

Tərkibində asbest olan tikinti materiallarına qoyulan qadağada israr edən avropalılar 2005-ci ildən etibarən bu mineraldan istifadədən imtinanın şəxsi təcrübəsinə istinad edirlər. Ancaq məsələ bundadır ki, Aİ-də qitənin geoloji xüsusiyyətləri ilə bağlı xrizotil asbest ehtiyatları yoxdur. Avropada, ötən əsrin ortalarında müəyyənləşdirildiyi kimi, lifləri ciyərlərdən həddindən artıq yavaş ixrac olunan amfibol asbest hasil olunur və istifadə edilirdi ki, bu da tərkibində asbest olan materialları istehsal edən müəssisələrin işçilərində tənəffüs orqanlarının təhlükəli xəstəliklərinin meydana gəlməsinə səbəb olurdu.

Bununla yanaşı, xrizotil asbestin lifləri turşuların (hətta toxuma mayelərinin zəif turşuları) təsiri altında asanlıqla parçalanır və ona görə də asanlıqla və operativ şəkildə orqanizmdən xaric olunur. Almaniya, İsveçrə və ABŞ-ın aparıcı toksikoloji laboratoriyalarında aparılan son tədqiqatlara görə, hətta süni əvəzedicilər və sellüloz kimi təbii liflərlə müqayisədə xrizotil asbestin bütün növ müxtəliflikləri arasında ən təhlükəsiz lifdir. Məsələn, xrizotil liflərinin parçalanmasının yarı dövrü maksimum 15 gün, amfibol liflərinin - 466 gün, sellülozun -1000 gün təşkil edir.

Avropalılar azərbaycanlılara şiferin alternativi kimi tərkibində məhz sellüloz liflərdən istifadə edilən və eyni zamanda da qiyməti şiferdən üç dəfə baha olan fibrosementdən hazırlanan materiallar təklif edirlər.(milli.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler