» » Səhiyyə şöbəsində ardıcıl


Səhiyyə şöbəsində ardıcıl YOXLAMALAR

Bölmə: İqtisadiyyat
Səhiyyə şöbəsində ardıcılHesablama Palatasının kollegiya iclası keçirilib. Palatadan lent.az-a verilən verilən məlumata görə, iclasda dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şəki və Cəlilabad rayon icra hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
 
İclasda, həmçinin müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
 
Kollegiyada bir neçə nəzarət tədbirləri üzrə audit proqramları təsdiq olunub. Bunlar Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadəsinə dair, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, və Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair proqramlardır.
 
Qeyd edək ki, Sumqayıt Səhiyyə Şöbəsində ötən ilin noyabrında da Palata tərəfindən yoxlama həyata keçirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler