Nəqliyyat Nazirliyindən gediş haqqı ilə bağlı- AçıqlamaBölmə: İqtisadiyyat, BLOK XƏBƏR
"İctimai nəqliyyatda gediş haqları qaldırılmayacaq. Nəqliyyat Nazirliyi bununla bağlı Tarif Şurasına müraciət etməyib". Xalqinfo.az xəbər verir ki, bu sözləri Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzərTAc-a müsahibəsində bildirib. “Yanvarın 13-dən etibarən benzinin və dizel yanacağının qiymətinin artmasına baxmayaraq, ictimai nəqliyyatda gediş haqlarının qaldırılması gözlənilmir. Əslində, sahibkarlar da qiymət artımı üçün bizə müraciət edirlər. Nəqliyyat Nazirliyi ötən il qiymət artımı ilə bağlı bir dəfə müraciət etmişdi. Ancaq Tarif Şurası qiymət artımını münasib bilməmişdi. Ondan sonra Nəqliyyat Nazirliyi tərəfindən qiymət artımı ilə bağlı hər hansı müraciət edilməyib. Bu baxımdan deyə bilərəm ki, sərnişin avtobuslarında gediş haqlarının artımı gündəmdə deyil”, - deyə N.Həsənov vurğulayıb. Qeyd edək ki, 2015-ci il 13 yanvar tarixindən etibarən Azərbaycanda Tarif Şurasının qərarı ilə yol vergisi əlavə olunmaqla, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|