» » Neftin qiyməti düşür, amma biz yenə qazanırıq...

Neftin qiyməti düşür, amma biz yenə qazanırıq...

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Neftin qiyməti düşür, amma biz yenə qazanırıq...“Neftin çıxarılması, daşınmasını və s. bu kimi xərcləri götürəndə BP-nin Azərbaycanda istehsal etdiyi neftin bir barreli təxminən 12 dollara başa gəlir. Bu baxımdan dünya bazarında neftin qiyməti hətta 4 dəfə düşsə belə, Azərbaycandakı neft istehsalçıları yenə mənfəətlə qalırlar”.

milli.az xəbər verir ki, bunu "Azadlıq Radiosu"na neft üzrə ekspert İlham Şaban deyib. İ.Şaban bildirib ki, Azərbaycanda büdcənin əsas donoru Neft Fondudur.

“Neftin qiyməti indiki kimi qalsa, Neft Fondundan bir ildə büdcəyə təxminən 6 milyard dollar köçürülməlidir ki, büdcə xərclərini ödəyə bilsin. Əgər neftin qiyməti illərlə belə qalsa, Neft Fondu 6 il də büdcəni maliyyələşdirə bilər. Ancaq mənim fikrimcə, Neft Fondunu sıfıra endirmək olmaz. Neft Fondunda 15 milyard dollar qalana qədər büdcəyə kömək etmək olar. Bir də ki, neft həmişə belə aşağı qalmayacaq ki...”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler