DataLife Engine > Idman > Yığmamızın rəqibi bu gün müəyyənləşəcək

Yığmamızın rəqibi bu gün müəyyənləşəcək


5-01-2015, 12:43. Yerləşdirdi: Esi Yığmamızın rəqibi bu gün müəyyənləşəcəkFİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibi bu gün keçiriləcək Slovakiya - Sankt-Peterburq matçından sonra müəyyənləşəcək.

Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, qalib gələcək komanda ilə millimizin görüşü yanvarın 7-də baş tutacaq.

Qeyd edək ki, birinci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını isə 4:2 hesabı ilə məğlub edən yığmamız növbəti mərhələyə qrup lideri kimi yüksəlib.

Geri qayıt