DataLife Engine > Idman > "Qarabağ" Almaniya klubu ilə qarşılaşacaq

"Qarabağ" Almaniya klubu ilə qarşılaşacaq


3-07-2021, 11:15. Yerləşdirdi: Tural "Qarabağ" Almaniya klubu ilə qarşılaşacaq
"Qarabağ" klubunun Avstriyadakı təlim-məşq toplanışında üçüncü rəqibi məlum olub.

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşacaq.

Oyunun başlama saatı hələ ki, bəlli deyil.

Qeyd edək ki, komanda iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoxlama matçı keçirəcək.
Geri qayıt