DataLife Engine > Idman > Yığmamız Minskdə Belarus millisi ilə birgə məşqlərə başladı

Yığmamız Minskdə Belarus millisi ilə birgə məşqlərə başladı


9-12-2019, 22:37. Yerləşdirdi: Tural Yığmamız Minskdə Belarus millisi ilə birgə məşqlərə başladı
Yunan-Roma güləşi üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb.

Xalqinfo.az xəbər verir ki, millimiz bu gündən Belarusun paytaxtı Minskdə yerli komandayla birgə hazırlığa start verib.

Dekabrın 25-dək davam edəcək təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Bazarov (-60 kq), Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi -63 kq), İslambəy Dadov, Namaz Rüstəmov, Rəsul Çunayev (hamısı -67 kq), Sənan Süleymanov, Ülvi Qənizadə (hər ikisi -72 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev, Zamir Məhəmmədov (hər ikisi -97 kq) və Beka Kandelaki (-130 kq) iştirak edəcək.

Qeyd edək ki, komanda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun rəhbərliyi altında Minskə yollanıb.
Geri qayıt