DataLife Engine > Idman > Azərbaycan – Uels oyununun biletləri satışda

Azərbaycan – Uels oyununun biletləri satışda


1-11-2019, 17:33. Yerləşdirdi: Gunay Azərbaycan – Uels oyununun biletləri satışda
Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsində Uelslə Bakıda keçiriləcək oyunu üçün biletlər satışa çıxarılıb.

“Xalqinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, son ev oyununun bilet satışına görüşdən 15 gün öncə start verilib. Uelslə oyun noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək.

Matçı izləmək istəyən azarkeşlər biletləri 11 satış məntəqəsindən əldə edə bilərlər.

Xalqinfo.az
Geri qayıt