DataLife Engine > Idman > Hakimi döyüb çənəsini sındırdılar

Hakimi döyüb çənəsini sındırdılar


13-11-2018, 11:42. Yerləşdirdi: sefa Hakimi döyüb çənəsini sındırdılar
İrlandiyanın “Malinqar Taun” klubunun üç futbolçusu komandanın azarkeşləri ilə birgə “Horslip”lə matçdan sonra hakim Daniel Svinini döyüb.

Xalqinfo.az xəbər verir ki, İrlandiya Hakimlər Cəmiyyətinin prezidenti Pol Obrayn onun çənəsinin və gözünün altındakı sümüyün sındığını, burnunun zədələndiyini bildirib.

Futbol Liqasının katibi Kris Hənd deyib ki, artıq hakimə xəsarət yetirənlərin kimliyi müəyyənləşdirilib və onlar dərhal futbol fəaliyyətindən uzaqlaşdırılıblar.

Qeyd edək ki, ötən ilin dekabrında argentinalı fanatlar meydana çıxmış və “Yuventude” ilə “İndependyente” arasında keçirilmiş matçın hakimini döymüşdülər.
Geri qayıt