DataLife Engine > Idman > Rafael Ağayev bürünc medal uğrunda mübarizə aparacaq -

Rafael Ağayev bürünc medal uğrunda mübarizə aparacaq -


7-11-2018, 20:49. Yerləşdirdi: sefa Rafael Ağayev bürünc medal uğrunda mübarizə aparacaq -
Dünəndən etibarən İspaniyanın paytaxtı Madriddə karate üzrə XXIV dünya çempionatı start götürüb.

Xalqinfo.az xəbər verir ki, qadınlardan ibarət milli komandamızın lideri İrina Zaretskaya (68 kq) dünya çempionatının finalına yüksəlib.

Bir-birinin ardınca Feryal Abdeləzizə (Misir) 4:3, Dildor Annadurdiyevaya (Özbəkistan) 4:0, Elena Quiriçiyə (İsveçrə) 5:0, Miroslava Kopunovaya (Slovakiya) 4:0 və həmyerlisi Qalina Melnikə (Ukrayna) 1:1 hesabı ilə qalib gələn legionerimizin finaldakı rəqibi Viktoriya İsayeva (Rusiya) olacaq. Karyerasında ilk dəfə dünya çempionatının finalına çıxmış İrinanın həlledici görüşü 10 noyabrda keçiriləcək.

Beşqat dünya çempionumuz Rafael Ağayev (75 kq) isə finala çıxa bilməyib. "Brilyant oğlan" Qvatemala, Argentina, Macarıstan və Çilidən olan rəqiblərinə qalib gəlsə də, yarımfinalda büdrəyib. O, ikiqat dünya çempionu, bu il Serbiyada keçirilmiş Avropa çempionatında məğlub etdiyi italiyalı Luici Busaya 1:2 hesabı ilə uduzub.

İdmançımız bürünc medal uğrunda görüşdə özbək Dastanbəy Atabalayevlə qarşılaşacaq. Bu görüş də noyabrın 10-da keçiriləcək.

Qeyd edək ki, idmançılarımızdan Rafiz Həsənov (67 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva (61 kq) artıq mübarizəni medalsız başa vurub.

İlk gündə isə Roman Heydərov, Neda Rezai (hər ikisi kata), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizəni dayandırıb.

Rafael Ağayev bürünc medal uğrunda mübarizə aparacaq -
Rafael Ağayev bürünc medal uğrunda mübarizə aparacaq -
Geri qayıt