DataLife Engine > Idman > Tərlan Əhmədov özünə iş tapdı

Tərlan Əhmədov özünə iş tapdı


30-10-2018, 11:15. Yerləşdirdi: sefa Tərlan Əhmədov özünə iş tapdı
Bu gün “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Xalqinfo.az xəbər verir ki, şuranın iclasında qəsəbə komandasının baş məşqçi vəzifəsinə Tərlan Əhmədov təyin olunub.

Sonuncu dəfə “Neftçi”ni çalışdırmış azərbaycanlı mütəxəssislə müqavilə cari mövsümün sonunadək imzalanıb.

Qeyd edək ki, dünən Bakı komandası serbiyalı çalışdırıcı Mladen Milinkoviçlə müqaviləyə xitam verib. “Keşlə” hazırda sondan ikinci pillədədir.
Geri qayıt