DataLife Engine > Idman > Braziliyalı futbolçu qətlə yetirildi

Braziliyalı futbolçu qətlə yetirildi


30-10-2018, 07:39. Yerləşdirdi: sefa Braziliyalı futbolçu qətlə yetirildi
Braziliyanın 2-ci liqa təmsilçisi “San-Bento” klubunun yarımmüdafiəçisi Daniel Korrea Freytas evində ölü tapılıb.

Xalqinfo.az “Sporx”a istinadən xəbər verir ki, onun boğazından aldığı 2 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

Klubdan verilən açıqlamada futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, müqavilə ilə “San-Paulu” klubuna məxsus olan 24 yaşlı futbolçu iki mövsümdür “San-Bento”da forma geyinirdi.
Geri qayıt