DataLife Engine > Idman > Mariya Stadnik dünya çempionatının yarımfinalında

Mariya Stadnik dünya çempionatının yarımfinalında


24-10-2018, 18:16. Yerləşdirdi: sefa Mariya Stadnik dünya çempionatının yarımfinalında
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Xalqinfo.az xəbər verir ki, yarışın beşinci günündə qadınlardan ibarət yığmamızın son dörd üzvü mübarizəyə start verib.

Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb. Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb.

Milli üzvlərindən Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq) və Elmira Qəmbərova (62 kq) isə uduzublar.

Qeyd edək ki, bu gün İrina Netreba (65 kq) bürünc medal görüşünə çıxacaq.
Geri qayıt