DataLife Engine > Idman > Məmmədyarov dünya çempionuna uduzmasa da...

Məmmədyarov dünya çempionuna uduzmasa da...


17-10-2018, 05:47. Yerləşdirdi: sefa Məmmədyarov dünya çempionuna uduzmasa da...
Yunanıstanda keçirilən şahmat üzrə klublararası Avropa çempionatında (AÇ) V tur başa çatıb.

Xalqinfo.az xəbər verir ki, kişilərdən ibarət “Odlar Yurdu” komandamız Norveçin “Volerenqa” klubu ilə üz-üzə gəlib.

İlk lövhədə Şəhriyar Məmmədyarovla dünya çempionu Maqnus Karlsen mübarizə aparıb. Görüşdə qalib müəyyənləşməyib.

Lakin ümumi hesabda Norveç komandası 3,5:2,5 hesabı ilə qalib gəlib. Həlledici görüşdə Qədir Hüseynov Borki Predoyeviçə uduzub.

Bununla da “Odlar Yurdu” ilk məğlubiyyətini alıb. Reytinqdə III sırada olan komandamız indi turnir cədvəlində yeddi xalla IX pillədədir.

“Odlar Yurdu”nun qadınlar komandası isə İtaliya klubunu 3:1 məğlub edib. Bununla da komandamız altı xalla B qrupunda III pilləni tutub.

“Odlar Yurdu”nun qadınlar komandası V yer uğrunda Kiyev Şahmat Federasiyasının kollektivi ilə qarşılaşacaq.
Geri qayıt