DataLife Engine > Idman > Erməniləri diz çökdürən idmançımız Avropa çempionu oldu -

Erməniləri diz çökdürən idmançımız Avropa çempionu oldu -


16-10-2018, 23:28. Yerləşdirdi: sefa Erməniləri diz çökdürən idmançımız Avropa çempionu oldu -
Azərbaycan boksçusu Əli Zamanov Rusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xalqinfo.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Zamanov həlledici görüşdə Böyük Britaniya boksçusu Co Makqreyl ilə qarşılaşıb.

Həmyerlimiz bu döyüşdə də inamlı qələbə qazanıb. Əməkdar məşqçi Fərid Mayılovun yetirməsi rəqibindən 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə üstün olub.

Qeyd edək ki, Sumqayıt boks məktəbinin yetirməsi olan Əli Zamanov ilk görüşdə erməni rəqiblərini məğlub edib.

Həmçinin 80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda rəqibindən üstün olub. O, irlandiyalı Patrik Mayersi 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da oğlanların yarışında iki qızıl və bir bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında III olub. Millimizi Rusiya və Bolqarıstan qabaqlayıb.

***

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımfinala yüksələn üç üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir.

Belə ki, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Çurova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Saranudan (Moldova) üstün olub – 4:1. O, finalda ingiltərəli Co Makqreyli sınağa çəkəcək.

80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. 1/8 finalda türkiyəli Əmir Büyükdağa, 1/4 finalda belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib.

Allahverdiyev gərgin keçən döyüşdə 3:2 hesabı ilə qələbə qazanıb. Yığma üzvü çempionluq üçün Patrik Mayerslə (İrlandiya) qüvvəsini sınayacaq.

Digər boksçumuz Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağırçəkili idmançımız macarıstanlı Levent Kisə uduzub – 1:4. O, yarımfinalda yarışla vidalaşdığından III yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.
Geri qayıt