DataLife Engine > Idman > Ardaya 12,5 il həbs cəzası verilə bilər

Ardaya 12,5 il həbs cəzası verilə bilər


16-10-2018, 02:24. Yerləşdirdi: sefa Ardaya 12,5 il həbs cəzası verilə bilər
“İstanbul BB” klubunun yarımmüdafiəçisi Arda Turan 12,5 il müddətinə həbs cəzası ala bilər.

Xalqinfo.az CNNTürk-ə istinadən xəbər verir ki, dövlət ittihamçısı ona məhz bu cəzanın verilməsini istəyir.

Qeyd edək ki, Arda gecə klubunda müğənni Şahin Berkayın həyat yoldaşına sataşıb. Bundan sonra Berkayla dalaşıb. Nəticədə müğənninin burnu sınıb.

Futbolçu baş verənlərə görə artıq Berkaydan üzr istəyib.

O, seksual qısnamada, qanunsuz olaraq odlu silahı gəzdirməkdə və qəsdən xəsarət yetirməkdə ittiham olunur.
Geri qayıt