DataLife Engine > Idman > Teymur Rəcəbov klublararası Avropa çempionatından çıxarıldı

Teymur Rəcəbov klublararası Avropa çempionatından çıxarıldı


12-10-2018, 18:42. Yerləşdirdi: sefa Teymur Rəcəbov klublararası Avropa çempionatından çıxarıldı
Azərbaycan şahmatçıları növbəti ciddi yarışa çıxıblar.

Xalqinfo.az xəbər verir ki, Yunanıstanın Xalkidi yarımadasında keçirilən klublararası Avropa çempionatı start götürüb.

Bu yarışda Azərbaycanı Mahir Məmmədovun rəhbəri olduğu “Odlar Yurdu” klubu təmsil edir. Kişilərin komandasında son anda Teymur Rəcəbov heyətdən çıxarılıb.

Kişilərdən ibarət səkkiz nəfərlik heyət bu şahmatçılardan qurulub: Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov, Cahangir Ağarəhimov.

Komandamızın hazırda Finlandiyanın “Komeon” klubu ilə görüşü keçirilir.

Fikrət Sideifzadənin kapitanı olduğu qızlardan ibarət “Odlar Yurdu” komandası isə Gürcüstanın Batumi şəhərində bu ay keçirilmiş Ümumdünya Şahmat Olimpiadasındakı heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva.

Qadınlar hazırda Sloveniyanın “Maribor” komandasının şahmatçıları ilə mübarizə aparır.
Geri qayıt